AZ

“Xiaomi” Azərbaycanda “Xiaomi MIX Flip” smartfonlarının satışına başlayır - FOTO

Xiaomi MIX Flip: qatlanansmartfonlar dünyasında yeni dövr

“Xiaomi” şirkəti “Flip” seriyasına daxil olan “Xiaomi MIX Flip”smartfonlarının Azərbaycanda satışına start verir. Rahat qatlanabilən cihazın yaradılması üçün şirkətin çoxillik texnolojitəcrübəsindən istifadə edilib ki, bu da hətta digər flaqmanlarlamüqayisədə performans, batareyanın ömrü və mobil rabitə baxımındanciddi irəliləyişlərə nail olmağa imkan verib.

Funksional xarici displey

Qatlanan cihazların xarici displeyləri inkişaf yolu keçərəkböyüsə də, indiyədək onlarda tətbiqlərdən istifadə etmək o qədər dərahat deyildi. Xarici ekranla təkmilləşdirilmiş qarşılıqlı əlaqəsayəsində “Xiaomi MIX Flip” artıq cihazın açılmasını tələb etmədənəsl “kompakt telefon” kimi istifadə edilə bilər. Bundan əlavə, yeniməhsul hər dörd kənarı qatlanmış 4 düymlük “All Around Liquid”xarici displeyi ilə təchiz edilib ki, bu da istifadə zamanı xoştoxunuş hissini təmin edir.

Hər iki displey müasir standartlara cavab verir: 1,5Kgenişlənmə, 460 PPI, 120 Hz yeniləmə tezliyi, 3000 nit maksimumparlaqlıq, “Original Color Pro”, HDR dəstəyi və gözlərinqorunması.

“Xiaomi HyperOS” displeyin yeni formasına uyğunlaşdırılıb və onamüxtəlif jestləri oxumağa, bildirişləri və sürüşmələri rahatşəkildə idarə etməyə imkan verir. Bu, müasir flaqmanlar kimicihazlarla qarşılıqlı əlaqəni sadə və intuitiv edir. Ekranavtomatik fırlanmanı dəstəkləyir, həm sol, həm də sağ əllər üçünuyğundur və rahat yazmaq üçün demək olar ki, daxili displey qədərgeniş olan tam ekranlı klaviatura ilə təchiz olunub. “XiaomiHyperOS”un çevik strukturu sayəsində 200-dən çox ən populyar tətbiq3,5" ekvivalent sahədə və 16:9 genişlənmədə pozuntusuz vəkəsintisiz əks olunur. Bölmələrin innovativ dizaynı vidcetlərəvaxtı, havanı, addımölçəni, musiqilərin idarə edilməsini vəgündəlik istifadə zamanı ən son istifadə edilmiş tətbiqləri əksetdirməyə imkan verir. Taksi sifarişi, yeməklərin çatdırılması,təyyarə/qatar ilə səfərlər kimi ssenarilərdə vidcetlər məlumatlarıreal zaman rejimində yeniləyərək avtomatik olaraq bildirişlərəkeçid edir.

İstifadəçilər tez-tez qapalı vəziyyətdə olarkən qatlana biləncihazlarda danışmağın narahat olduğundan şikayətlənirlər. Bu, birneçə problemlə bağlıdır ki, “Xiaomi MIX Flip” smartfonları buproblemləri kompleks şəkildə həll edərək istənilən istifadəssenarisində əla zəng keyfiyyətini təmin edir:

Siqnal: “Xiaomi MIX Flip” anteninin aparatarxitekturası, “Xiaomi Surge T1” siqnal gücləndirmə çipinin“ağıllı” tənzimləmə imkanları və kadrın tanınması alqoritmi iləbirlikdə zəif siqnallardan yayınmaqla optimal anteni seçir.

Audioçıxış: “Xiaomi MIX Flip” smartfonlarındaikiqat dipol sistemdən istifadə edilir. Bu sistemdə bir səs blokuhəm daxili, həm də xarici displey üçün membranla təchiz olunub ki,bu da qulaqlıqlar vasitəsilə açıq və ya qapalı vəziyyətlərdəzəngləri dəstəkləməyə imkan verir. “Əks fazanın yatırılması” dipolakustika sisteminin xüsusiyyətlərindən istifadə edən sistem zəngedənin səsinin cihazdan kənara yayılmasının qarşısını alaraqzənglərin məxfiliyini təmin edir.

Şarnirin və üst çərçivənin yanında yerləşən və səs-küyünboğulması funksiyasına malik müstəqil mikrofon istənilən vəziyyətdərabitə keyfiyyətini təmin edir.

Əsl flaqman xüsusiyyətləri işlək vəziyyətdə

“Xiaomi MIX Flip” smartfonları Snapdragon® 8 Gen 3 mobilplatforması əsasında işləyir ki, bu da onu müasir flaqman çipsetinəmalik azsaylı kompakt qatlanan cihazlardan birinə çevirir. Yüksəkperformansı təmin etmək üçün “Xiaomi” brendi “Xiaomi MIX Flip” üçün3D soyutma sistemini işləyib hazırlayıb: unikal “nərdivan”dizaynına malik buxar kamerasının 3500 mm²-lik böyük sahəsiistiliyi tez bir zamanda prosessordan uzaqlaşdırmağa imkan verir.İstilik şarnirin üstündəki ikiqat qrafit vasitəsilə bərabər şəkildəpaylanır və temperaturun artmasının qarşısını alır. “Xiaomi”nin SU7“aerogel” istilik izolyasiya materialı displeyin daxili hissəsininyaxınlığında “pilləkən” şəklində istifadə olunur. Bununla o,ekranın qızışmasının qarşısını effektiv şəkildə alır və komfortlutoxunuş təcrübəsini təmin edir.

“Xiaomi MIX Flip” mənfi elektrodda 6% silisium tərkibli “Surge”batareyası ilə təchiz olunub. O, 780Vts/l enerji sıxlığına və4780mAs son dərəcə yüksək həcmə nail olmaqla, flaqman “Xiaomi 14”smartfonunu üstələyir. “Xiaomi Surge” batareya idarəetmə sistemişarj və boşalma prosesini dəqiq idarə etməklə batareyanın ömrünüuzadır. Bu sistem, batareyanın özünübərpa xüsusiyyətləri iləbirlikdə 1600 dövrədən sonra ən azı 80% həcmi saxlaya bilir. Bununsayəsində “Xiaomi MIX Flip” smartfonunun avtonom iş vaxtıqatlanmayan modellərlə müqayisə edilə bilər.

“Xiaomi MIX Flip” smartfonu “Xiaomi 14 Ultra” modeli ilə eyniaşağı tezlikli anten konstruksiyasına malikdir və “Xiaomi Surge T1”siqnal gücləndirmə çipi ilə təchiz edilib. Üstün antenarxitekturası, qabaqcıl “Wi-Fi 7” və 5G-A texnologiyalarınındəstəklənməsi, habelə “Xiaomi HyperOS” şəbəkəsinin dərinkonfiqurasiyası və özünütəlim imkanları istənilən vəziyyətdə vəistənilən ssenaridə fasiləsiz rabitəni təmin edir. “Xiaomi MIXFlip” həmçinin daxili və xarici displeylərdə eyni vaxtda avtonomsüni intellekt tərcüməsini göstərmək funksiyasını təklif edir ki,bu da smartfonun hər iki tərəfində real zaman rejimində ikidillitərcümə göstərməklə xarici zənglər zamanı ünsiyyətiasanlaşdırır.

Möhkəmliyi və əlavə qorunmanı təmin etmək üçün “Xiaomi MIX Flip”smartfonunun korpusunda kompozit lif materialından istifadə edilir.Orta çərçivədə möhkəmliyi ikiqat artıran 6M42 alüminiumərintisindən istifadə olunur, “Xiaomi Shield Glass” və son dərəcənazik elastik UTG şüşəsi isə xarici və daxili displeyləri qoruyur.Kompakt ikihalqalı şarnirin daxili mexanizmində son dərəcə möhkəmvə aşınmaya davamlı materiallardan istifadə olunur. SGS qatlamanınetibarlılıq sertifikatı mexanizmin xidmət müddətinin 500000 dəfəqatlanma və açılma əməliyyatı olduğunu təsdiq edir.



Mobil çəkilişin yeni ssenariləri

“Xiaomi MIX Flip” yeni nəsil “Xiaomi x Leica” “Summilux”obyektivləri ilə təchiz edilib. Əsas kamerada yüksək dinamikdiapazonlu “Light Fusion 800” sensorundan istifadə edilir. O,həmçinin 9 sm minimum fokus məsafəsinə və 47 mm-lik ölçüyə malikunikal “Leica” üzən teleobyektivə malikdir. “Xiaomi MIX Flip”smartfonuna 60 TOPS hesablama gücünə malik qabaqcıl çəkilişssenarilərini dəstəkləyən “Xiaomi AISP” hesablama fotoqrafiyaplatforması daxildir. “PortraitLM”in böyük modelinə əsaslanan vəreal fotoqraflar tərəfindən idarə olunan yeni “Portret Master”rejimi orijinallığı qoruyaraq portretləri olduğundan daha gözəlgöstərməyə imkan verir.

Kompakt korpus, böyük xarici displey və qatlanan formayaradıcılıq üçün yeni imkanlar açır. Məsələn, uçan kamera rejimindəştativə ehtiyac yoxdur ki, bu isə onu qrup fotoşəkilləri,videoçəkilişi və “timelapse” çəkilişləri üçün uyğun variantaçevirir. Bundan əlavə, cihaz çəkiliş zamanı xarici displeydə ilkinbaxış funksiyasını dəstəkləyir ki, bu da çəkiliş pozasını və üzifadəsini tənzimləməyə imkan verir.

“Kontakt” / “Baku Electronics” / “İrşad” / “Music Gallery” /“Soliton” / “World Telekom” / “Umico”da satışa çıxarılan “XiaomiMIX Flip” smartfonu iki rəngdə (bənövşəyi və qara), 12+512 GBkomplektində 2399,99 AZN-ə təklif olunur.

Xiaomilaboratoriyalarından əldə edilən məlumatlar.Faktiki nəticələr fərqli ola bilər.

Seçilən
11
az.trend.az

1Mənbələr