AZ

“Belarus bazarına xoş gəldiniz!” - Video

Xəbər verdiyimiz kimi, Minskdə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı bir sıra vacib sənədlər imzalanıb.

İmzalanma zamanı R.Qolovçenko Azərbaycan istehsalı olan “İstisu” brendinin Belarus bazarına daxil olmasını alqışlarla qarşılayıb:

“Belarusa qarşı aparılan siyasətə cavab olaraq biz qeyri-dost ölkələrdən,  Avropa İttifaqından mineral suların idxalını qadağan etmişik. Bu, dostlarımız, təchizatçılar üçün böyük  pəncərə açır. Odur ki, Belarus bazarına xoş gəlmisiniz”.

Seçilən
4
qafqazinfo.az

1Mənbələr