AZ

Bortnikov: Qərb bu adla Cənubi Qafqazda "sülhməramlıları"nı yerləşdirmək istəyir

Qərb guya İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO-nun “sülhməramlı” kontingentini Cənubi Qafqaza yerləşdirməyə çalışır.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov MDB-nin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında deyib. 

“Amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və bununla da bölgədə de-yure BMT-nin, de-fakto isə NATO-nun himayəsi altında “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır”, - Bortnikov  deyib.

Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirdiyi misisya  ilə bağlı mövqeyini açıqlayan FTX rəhbəri deyib ki, bu cür “sülhməramlılıq” missiyası Rusiyaya və tərədaşlarına qarşı konkret NATO ölkələrinin maraqları üçün kəşfiyyat fəaliyyəti həyata keçirir. 

Ermənistanın silahlandırılmasına gəldikdə isə Bortnikov deyib ki, imtiyazlı silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Qərb Ermənistanı KTMT-dən çıxarmağa çalışır.  

“NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, blokun Cənubi Qafqazda konsolidasiyası açıq şəkildə bölgədə sabitliyə töhfə verməyəcək”, - FSB rəhbəri vurğulayıb. 

Mürtəza
Ölkə.Az

Seçilən
13
olke.az

1Mənbələr