AZ

Mourinyo “Fənərbağça”dan ayrılır?

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo ilə yollar ayrıla bilər.

“Cebheinfo.az” xəbər verir ki, dünyaca məşhur mütəxəssisin karyerasını İngiltərədə davam etdirmə ehtimalı yaranıb.

Belə ki, İngiltərənin “Everton” klubu portuğaliyalı çalışdırıcı ilə maraqlanır. 

Onlar Mourinyonu komandanın başına gətirmək üçün çox israr edirlər. 

Qeyd edək ki, “Everton” Premyer Liqanın 6 turundan sonra 4 xalla 16-cı sırada qərarlaşıb.

Seçilən
14
cebheinfo.az

1Mənbələr