AZ

"Azərşəkər" və "Global Textil" şirkətlərinin birgə layihəsinin 2026-cı ilin ortalarına qədər tam şəkildə başa çatdırılması planlaşdırılır (Özəl) (FOTO)

Bakı. Trend:

"Azərşəkər" və Özbəkistanın "Global Textil" şirkətlərininpambıq-tekstil sahəsindəki ortaq layihəsinin 2026-cı ilinortalarına qədər tam şəkildə başa çatdırılması planlaşdırılır.

Bu barədə Trend-ə özəlmüsahibəsində "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Nəsibİslamzadə məlumat verib.

"Tekstil Klasteri Azərbaycanın "Azərşəkər" və Özbəkistanın"Global Textil" şirkətləri tərəfindən yaradılacaq. Layihə bir çoxregionları əhatə edir və 2400 yeni iş yerinin açılması nəzərdətutulmuşdur. Əkinçilik istiqaməti bu sahədə ixtisaslaşmış Yevlax,Ağcabədi, İmişli, Füzuli və digər rayonlardakı fermerlərlə işlərnəzərdə tutulub. Əkinçilikdən sonrakı mərhələdə pambığın ilkinemalı üzrə zavodların Ucar və Ağcabədidə olması nəzərdə tutulur", -N.İslamzadə qeyd edib.

Onun sözlərinə görə, son 1 il ərzində layihənin iqtisadisəmərəliyi dəyərləndirilib, pambıq emalı və keyfiyyəti üzrə,həmçinin də pambıq yetişdirilməsi sahəsində testlər uğurla həyatakeçirilib. Yaxın 3 ayda iplik istehsalının başlanması üçün tikintiişlərinə başlamaq nəzərdə tutulub.

"Özbəkistan ilə ortaq Tekstil Klasteri layihəsinin ümumi dəyəri104 milyon dollar investisiya təşkil edir. Bu investisiyanın böyükbir hissəsi iplik emalı və parça istehsalı zavodunun üzərinə düşür.İplik zavodu və parça istehsalı üzrə birlikdə investisiyanın dəyəritəqribən 80 milyon dollar təşkil edir", – N.İslamzadə əlavəedib.

Layihə çərçivəsində 40 min ton pambıq emalının sona qədərtəşkili nəzərdə tutulub. Pambıq tədarükünün yarısını "Azərşəkər"şirkətinin daxili resursları ilə, qalan hissənin isə ölkədə mövcudolan digər təşkilatlar və fermerlər təsərrüfatları üzərindən təmininəzərdə tutulmuşdur.

Bunun qarşılığında 11 min ton iplik istehsalı planlaşdırılır vəən sonda isə geyim istehsalına qədər bu proses davam edəcəkdir.Dəyər zəncirinin son geyimə kimi davam etməsi planlaşdırılır ki, buda ölkəmizin mahlıc ixracından daha dəyərli tekstil ixracatçısınaçevrilməsini və sektorun daha stabil şərtlərlə inkişafına təkanverəcəkdir. Layihə çərçivəsində Avropada bir çox böyük markalar iləəməkdaşlıq və yaxın regiona ixracların həyata keçiriləcəyiplanlaşdırlır.

“Şirkətimizin əkinçilik istiqamətində investisiyaları davametməkdədir, cari ayın sonuna Füzulidə 1500 ha müasir suvarmasistemləri ilə təchiz edilmiş təsərrüfat fəaliyyətə başlayacaqdır,2025-ci il ərzində isə əlavə 5400 ha ərazinin əkin dövriyyəsinəcəlb edilməsi planlaşdırılır", - Nəsib İslamzadə yekunlaşdırıb.

Seçilən
8
az.trend.az

1Mənbələr