AZ

Xədicə Sənanqızı: "Hər ikisinə HƏ deyərəm"

Məşhur aparıcı Xədicə Sənanqızının News24.az-a müsahibəsini təqdim edirik:

- Xədicə xanım, çoxdandır görmürdük sizi...

- Bir müddət idi ki, Avropada idim, yəqin ona görə idi ki, görmürdünüz, ancaq indi vətəndəyəm, tez-tez görəcəksiniz. 

- Fəaliyyətiniz necə gedir?

- Hər sey qaydasındadır. Dövlət televiziyasında çalışıram, hazırda “Bir AzTV” əyləncəli verilişinin aparıcısıyam, həftədə 1 dəfə efirə gedir, çox maraqlı verilişdir. 

-  Həftədə 1 dəfə? Siz aktiv xanımsınız axı…

-1 dəfə deyəndə, o demək deyil ki, həftədə işə 1 dəfə gedirəm. Əksinə, bir verlişi hazırlamaq üçün çəkiliş heyəti ilə müzakirələr aparırıq, verilişə qədər hazırlıqlar görülür. Ona görə bütün həftəni işdə oluram. 

- Az saylı aparıcılardansınız ki, əyləncə, səhər və tibb veriliş aparmısınız…

- Mən ümumiyyətlə hər tərəfli aparıcıyam, bu günə qədər aparıcısı və müəllifi olduğum verilişlər tamaşaçılar tərəfindən həmişə sevilib. Eyni zamanda apardığım verilişlər ürəyimcə olmalıdır, elə olduğu zaman keyfiyyətdə yaxşı olur. 

- Reytinqli aparıcılar sırasında özünüzü görürsünüz?

- Mənim öz üslubum, öz dəsti xəttim var. Mən istəsəm dediyiniz kimi, reytinq hər gün verərərm. Buna mənim hür cürə imkanım çatır. İllərdir televiziyadayam, daimi tamaşaçılarım, bundan başqa sosial şəbəkələrdə böyük izləyici kütləm var. Mənim üçün reytiq vermək çox asandır, sadəcə ehtiyac görmürəm. Mənim öz tərzim var. 

- Şəxsi həyatınızda yenilik var?

- Eynidir.

-Hələ də subaysınız?

-Bəli

-Yəqin ki, təkliflər çox olar…

-Normaldır, qeyri-adi bir şey yoxdur. 

-Niyə bir seçim etməmisiniz?

-Bilirsiniz, yaşın elə dövrüdür ki, artıq tamam başqa cür düşünürsən. İllərdir öz ayaqlarım üstündə dururam, yetəri qədər statusum var, bu günə qədər çox çalışmışam. İndi də gərək dəqiq qərar verəsən. Seçdiyin insan gərək ən azı status cəhətdən səndən geri qalmasın. 

-Dediniz Avropada idiniz, təəssüratlarınız necə idi?

-İtaliyanı çox sevirdim, nəhayət ki, ora getmək qismət oldu. Çox sevdim, çox gözəl ölkədir.

-Bəs, deyirlər natəmizlik, oğruların çox olduğu bir yerdir…

-Kim nəyi görmək istəyir, elə onu da görür. Şəhərlər də gözəl idi, yeməkləri də. Hətta insanları özlərinin dediyi kimi “belissimo”.

- Hansı şəhərlərdə oldunuz?

- Roma, Venesiya, Florensiya.

- Növbəti ölkə haradır?

- İspaniya, oranı da çox sevirəm. 

- Avropada ən maraqlı məqam nə oldu?

- Hər yerdə azərbaycanlı (gülür).

- Səyahət etməyi çox sevirsiniz deyəsən…

- Bəli, çox sevirəm.

- Bəlkə, səyahət verilişi açasınız?

- Təklif gəlsə, məmnuniyyətlə. 

- Evlilik təklifinə hə deyərsiniz, yoxsa səyahət verilişinə?

-Hər ikisinə (gülür).

Ağa


Seçilən
13
news24.az

1Mənbələr