AZ

İran-Ermənistan münasibətlərinin Cənubi Qafqaza təsirləri

Image

XX əsrin sonu – XXI əsrin əvvəlləri beynəlxalq siyasi gerçəkliyin çoxcəhətliliyi, mürəkkəbliyi və dinamikliyi ilə seçilən bir dövr olmuşdur. SSRİ-nin süqutundan sonrakı mərhələdə dünyanın aparıcı dövlətlərinin xarici siyasətində Qafqaz regionu mühüm yer tutmuşdur. Bu regionun geosiyasi və geostrateji mövqeyi diqqət mərkəzində olmuş, Qafqazın təbii sərvətlərindən istifadə etmək isə böyük və regional güc mərkəzi olan dövlətlərin kəsişən maraq nöqtəsinə çevrilmişdir.

Beynəlxalq münasibətlər sistemində XX əsrin 90-cı illərində baş verən köklü dəyişikliklər, xüsusilə, SSRİ-nin süqut etməsi “yeni dünya nizamı”nın formalaşdırılmasını zərurətə çevirdi. Cənubi Qafqaz artıq müstəqilliyini əldə etmiş üç dövlət tərəfindən idarə olunmağa başlandı. SSRİ-nin dağılması Cənubi Qafqaz ilə tarix boyu dərin bağlılığı olan İran İslam Respublikası üçün regionda yeni fürsətlər və səmərəli xarici siyasət həyata keçirməyə zəmin yaratdı.

İran İslam Respublikası yarandıqdan sonra xarici siyasət strategiyasında ən başlıca hədəflərdən biri də Qafqaz regionu ilə mühüm iqtisadi-siyasi əlaqələr qurmaq olmuşdur. Bu baxımdan Cənubi Qafqazda Ermənistanla əməkdaşlıq İran İslam Respublikası üçün ciddi əhəmiyyət daşımışdır. Ermənistanda isə xarici siyasətin formalaşmasında daxili proseslər və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi önəmli rol oynayır. Ermənistanın regional və beynəlxalq əlaqələri də məhz bu formatda formalaşır.Ermənistanla İran arasındakı diplomatik münasibətlər və yaxınlaşma da bu müstəvidə başlamışdır.

İran İslam Respublikası Yaxın Şərqin ən önəmli aktorlarından biridir. Onun sahib olduğu enerji ehtiyatları, geostrateji mövqeyi və regionun güclü dövlətlərindən biri olmaq arzusu İranın xarici siyasət sahəsindəki fəaliyyətlərində əhəmiyyətli rol oynayır. İranın Qafqaz siyasətində mövcud olan digər təhdid isə SSRİ-nin dağılması ilə ikiqütblü dünya sisteminin dağılması və Rusiyanın ABŞ qarşısında zəifləməsi nəticəsində ABŞ-ın bu regiona müdaxilə və təsiretmə potensialının artması oldu.

Beləliklə, İran-Ermənistan münasibətlərinə nəzər saldıqda görürük ki, İranın xarici siyasət doktrinasında hakim mövqedə olan dinin bu münasibətlərdə heç bir təsiri yoxdur. İran konstitusiyasının 4-cü bəndində deyilir: “Bütün mülki, cərimə, maliyyə, iqtisadi, inzibati, mədəni, hərbi, siyasi və digər qanun və qaydalar İslam meyarlarına əsaslanmalıdır”.Lakin Ermənistanla yaradılan iqtisadi və siyasi münasibətlər bu göstəricilərə uyğun gəlmir, hətta dünyəvi dəyərlərə əsaslanan prinsipləri özündə ehtiva edir.

Ermənistan və İran İslam Respublikası Azərbaycan Respublikasına münasibətdə siyasi sahədə olduğu kimi, hidrostrategiyada da əsasən ortaq maraqlardan çıxış edir və bu zaman taktiki imkanlardan birgə istifadə edirlər. Transsərhəd su hövzələrinin birgə istismarı sahəsində bu dövlətlərin birgə fəaliyyət strategiyası Cənubi Qafqazda hidrosabitliyə xidmət etmir. Hər iki dövlət hidrosiyasətində Araz çayının su ehtiyatlarından Azərbaycan Respublikasına qarşı siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edərək, çayın Azərbaycana aid hissəsində suyun səviyyəsinin məqsədli şəkildə azaldılmasına yönəldilmiş birgə layihələr həyata keçirməyə çalışırlar. İran İslam Respublikasının içməli su ehtiyatları yerli əhalinin tələbatını ödəmir. 2001-ci ildə ölkədə baş vermiş quraqlıq böyük su çatışmazlığı yaratdı. Bu amillə əlaqədar İranın müxtəlif bölgələrində baş qaldırmış kütləvi etirazlar və su mənbələri ətrafında lokal münaqişələr hökuməti su strategiyasını yenidən nəzərdən keçirməyə, su ehtiyatlarının daxili və xarici siyasətdə istifadə imkanlarını dəqiqləşdirməyə sövq etdi.

İran hakimiyyətinin rəsmi məlumatlarını işıqlandıran “Radiozamaneh” saytı belə bir müsahibə yayımlamışdır. Məlumata görə, 2012-ci il avqust ayının 1-də Araz çayının Ermənistana aid hissəsindən Urmiya gölünə kanal çəkmək barədə Tehran və Yerevan rəsmiləri arasında razılıq əldə olunmuşdur. Bundan başqa, İRNA informasiya agentliyi 2012-ci ilin may ayında həmin kanalın tikintisi ilə əlaqədar İranın Qərbi Azərbaycan vilayətinin rəhbərliyi və hələlik adı açıqlanmayan Türkiyə investisiya şirkəti arasında danışıqların müsbət nəticələndiyi haqqında məlumat yaymışdır.

İran İslam Respublikası da region siyasətini həmin amili nəzərə almaqla həyata keçirir, özünün Qafqazda maraqlarını reallaşdırmaq üçün Ermənistandan istifadə edir.

İki ölkə arasında münasibətləri şərtləndirən amilləri, müxtəlif xarakterli qarşılıqlı maraqları, onlara təsir edən daxili və xarici amilləri, diplomatik-siyasi münasibətlərin qurulması və inkişaf mərhələlərini, həmin münasibətlərin başlıca istiqamətlərini, regionda reallaşdırılan beynəlxalq layihələrin 8 qarşılıqlı münasibətlərə təsirini, ticarət-iqtisadi əməkdaşlığın istiqamətləri və formalarını, xüsusən enerji, turizm, elmi-texniki, mədəni, humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə İran İslam Respublikasının münasibətini Azərbaycan, türk, ingilis, rus, fars və erməni dillərində olan mənbə və ədəbiyyatlardan geniş istifadə etməklə tədqiq etmişlər. Məsələlərin qoyuluşu, onlara yanaşma, şərh, təhlil, müqayisəli və tənqidi təhlil, çıxarılan nəticələr və aparılan ümumiləşdirmələr doğrudur. Müasir beynəlxalq münasibətlər elmində tələb olunan tədqiqatların ümummetodoloji prinsipləri və metodlarından bacarıqla istifadə etmiş, mənbələri dərindən öyrənərək sistemləşdirmiş və tənqidi təhlil etmişlər. Belə bir qənaətə gəlmişlər ki, Ermənistan böyük dövlətlər üçün müasir şəraitdə də alət rolunu oynayır. İran İslam Respublikası da region siyasətini həmin amili nəzərə almaqla həyata keçirir, özünün Qafqazda maraqlarını reallaşdırmaq üçün Ermənistandan istifadə edir.

Həsənov Nəbati

Azərbaycan Universiteti, İctiamai Elmlər fakültəsi






Seçilən
7
baki-xeber.com

1Mənbələr