AZ

Bolt Food çatdırılma xidməti Sumqayıtda da işə salınıb

Artıq Sumqayıt sakinləri Bolt Food tətbiqi vasitəsilə tez və rahat şəkildə restoranlardan yemək sifariş edə bilərlər.

Marja.az xəbər verir ki, bu barədə Bolt məlumat yayıb. 

Azərbaycanda Bolt Food yemək çatdırılması xidmətinin rəhbəri Dilarə Tomtiyeva bildirir: “Biz Sumqayıtda Bolt Food yemək çatdırılması xidmətini işə salmaqdan və şəhər sakinlərinə sevimli yeməklərini restoranlardan birbaşa evlərinə çatdırmağın rahat və sürətli yolunu təklif etməkdən məmnunuq. Məqsədimiz sifariş prosesini hamı üçün mümkün qədər sadə və əlçatan etməkdir. Biz Azərbaycan ərazisində genişlənməyə davam edirik, komforta və vaxtına dəyər verən hər kəs üçün yüksək keyfiyyətli və innovativ həllər təqdim edirik”.

Bolt Food BoltFood Bolt Food Dilarə Tomtiyeva
Seçilən
7
marja.az

1Mənbələr