AZ

Azərbaycanda “Xiaomi 14T” seriyalı smartfonların satışına start verilib: gecə fotoşəkilləri üçün müstəsna imkanlar və innovativ süni intellect - FOTO

“Xiaomi” şirkəti Azərbaycanda “Xiaomi 14T” flaqman smartfonlarının yeni seriyasının satışına başladığını elan edir. Bu smartfonlar yüksək keyfiyyətli məzmun yaratmaq üçün geniş imkanlar axtarışında olan fotoşəkil həvəskarları üçün nəzərdə tutulub.

Eleqant dizaynı, güclü “MediaTek” prosessorunu və AMOLED displeyini özündə birləşdirən “Xiaomi 14T” seriyası gecə çəkilişlərinə və müxtəlif istifadə ssenariləri üçün süni intellekt funksiyalarına xüsusi diqqət ayırır. Bu, sahib olduqları cihazlardan maksimum yararlanmağa çalışan şəxslər üçün misilsiz istifadəçi təcrübəsini təmin edir.

Yeni nəsil “Leica” optikası gecə çəkilişləri haqqında təsəvvürləri dəyişir

“Xiaomi 14T” seriyası həm normal, həm də zəif işıqlanma şəraitində müstəsna fotoçəkiliş imkanlarını nümayiş etdirir - “Xiaomi 14T” və “Xiaomi 14T Pro” smartfonlarının kameraları cəlbedici gecə səhnələrini və canlı şəhər mənzərələrini qeyri-adi dəqiqliklə ötürür.

“Fusion LM”ə əsaslanan və AI LM hesablayıcı fotoqrafiya üçün platforma olan “Xiaomi AISP” sayəsində “Xiaomi 14T” seriyasının kameraları dinamik diapazonu genişləndirir və səs-küyü azaldır ki, bu da hətta məhdud işıqlanma şəraitində belə qeyri-adi detallara və canlı rənglərə malik məzmun çəkməyə imkan verir.

“Fusion LM”in böyük həcmdə ilkin məlumatlarından istifadə edən bu seriya HDR imkanlarını genişləndirərək “UltraHDR” formatını dəstəkləyir. Bundan əlavə, AISP platformasına əsaslanan “Portret LM” funksiyası yüksək dərinliyə, dəqiqliyə və təbii boke effektinə malik çoxqatlı, detallı portret fotoşəkilləri yaratmaq üçün 23 mm-dən 75 mm-dək fokus məsafəsini əhatə edən “Portret Maestro” rejimini təkmilləşdirir. 


“Xiaomi 14T Pro” 15 mm-dən 120 mm-dək beş fokus məsafəsinə malik universal üç kameralı sistemlə təchiz edilib. Bu, müxtəlif şəraitlərdə çəkiliş üçün əlavə imkanlar yaradır. 50MP genişlənməli əsas kamera böyük ƒ/1.6 diafraqmaya və ən müasir “Leica Summilux” optik obyektivinə, həmçinin “Light Fusion 900” təsvir sensoruna malikdir. 1/1.31" matrisa ölçüsü, “Dual Native ISO Fusion Max” dəstəyi və yüksək 13,57 EV dinamik diapazonu sayəsində bu qabaqcıl sistem sələfindən 32 % daha çox işıq tutur ki, bu da daha parlaq, daha detallı təsvirlər əldə etməyə imkan verir.

Cihaz, həmçinin daha yaxşı işıq ötürülməsi və tamamilə müxtəlif ssenarilərdə çəkilişlərin dəstəklənməsi üçün asferik 7P yüksək işıqkeçirici obyektivə malikdir.

“Xiaomi 14T” smartfonları “Sony” brendinin qabaqcıl IMX 906 təsvir sensoru və 15-100 mm arasında dəyişən dörd fokus məsafəsinə malik universal üçlü kamera ilə təchiz olunub. 50MP genişlənməyə, böyük ƒ/1.7 diafraqmaya və “Leica Summilux” obyektivinə malik əsas kamera hətta zəif işıqlanma şəraitində belə parlaq rənglər və detallı təsvirlər əldə etməyə imkan verir. 15 mm ekvivalent fokus məsafəsinə malik 12 MP-lik son dərəcə geniş bucaqlı kamera da dəqiq və detallı peyzaj şəkillərini təmin edir. 

Susmaya görə 2.39:1 tərəf nisbətindən istifadə edən “Movie” (Kino) rejimi  “Cinematic Blur” (Kinomatoqrafik yuyulma) və “Rack Focus switching” (Fokus dəyişmə) funksiyalarını dəstəkləyir. Eyni zamanda, “Director” (Rejissor) rejimi geniş idarəetmə parametrləri sayəsində peşəkar çəkiliş interfeysi təklif edir ki, bu da ekspozisiya, ISO və ağ rəngin balansı kimi aspektləri dəqiq tənzimləməyə imkan verir, bununla da mobil çəkilişləri peşəkar kinematoqrafiya səviyyəsinə çatdırır.

Gündəlik rahatlıq üçün qabaqcıl süni intellektdən istifadə

Cihazda və buludda hesablama gücü sayəsində “Xiaomi 14T” seriyasının  süni intellekti axtarış, səsli rabitə, mətnlər, şəkillər və videolar üzərində iş üçün yeni imkanlar açır ki, bununla da gündəlik tapşırıqların icrasının səmərəliliyini artırır və istifadə rahatlığını yaxşılaşdırır. 

“Google” ilə tərəfdaşlığı inkişaf etdirən “Xiaomi” brendi “Xiaomi 14T Pro” smartfonunda  “Circle to Search with Google” funksiyasını təqdim edir. Bununla da, “Xiaomi 14T Pro” smartfonu bu innovativ funksiyanı təklif edən ilk “Xiaomi” cihazlarından birinə çevrilmiş oldu.

Bu, istifadəçilərə tətbiqlər arasında keçid etmədən telefonlarında gördükləri hər şeyi dərhal axtarmaq imkanı verir (funksiya daha sonra aktiv olacaq, istehsalçı bu barədə əlavə məlumat verəcək). “AI Interpreter” (Tərcüməçi) dil maneələrini aradan qaldırmağa, bununla da, görüşlər və zənglər zamanı ünsiyyət keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

“AI Notes” (Qeydlər) və “AI Voice Recorder” (Diktofon) nitqi istənilən dildə mətnə çevirməyə, danışanı dəqiq tanımağa və nitqin sürətli xülasəsini hazırlamağa kömək edir.  Yaradıcılığa gəlincə, “AI Image Editing” (Təsvirlərin emalı) şəkilləri “ağıllı” şəkildə tamamlayaraq daha ifadəli edir, “AI Eraser Pro” (Pozan) isə qüsursuz fotoşəkillər yaratmaq üçün arzuolunmaz elementləri aradan qaldırır. Bundan başqa, “AI Film” (Film) asanlıqla kinomatoqrafik qısa videoçarxlar yaratmağı imkan verir, “AI Portrait” (Portret) isə istifadəçilərə özlərini ifadə etməyə imkan verən fərdi avatarlar yaradır.


“Xiaomi 14T” seriyası proqram təminatını daim təkmilləşdirir. Belə ki, 2024-cü ilin yanvar ayından etibarən proqram təminatının üzərində 600-dən çox təkmilləşdirmə işi aparılıb ki, nəticədə sistemin sürəti 9,8% artırılıb.

Təkmilləşdirmələrə bir çox dillərlə işin optimallaşdırılması, funksiyaların “Android” ilə sinxronlaşdırılması, daha təmiz, rəvan və həssas işi təmin etmək üçün girişlərin və lazımsız tətbiqlərin sayının azaldılması daxildir. “Xiaomi 14T” seriyası həmçinin üç innovativ funksiya təqdim edir: zənglərin sinxronizasiyası, tətbiqlərin ötürülməsi və oxunuşun transferi.

Bu funksiyalar sayəsində fasiləsiz qoşulma və tətbiqlər arasında asan keçid təmin edilir ki, bu da performansı və rahatlığı əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, “Link to Windows” funksiyası istifadəçilərə mobil və masaüstü cihazlar arasında fərqi aradan qaldıran inteqrasiya olunmuş kompüter hesablama mühiti təklif edir.

Cəlbedici vizual effektlər və son dərəcə rəvan qarşılıqlı əlaqə

“Xiaomi 14T” smartfonlarının heyrətamiz 1,5K genişlənməyə (2712 x 1220) və 446 ppi piksel sıxlığına malik 6,67 düymlük “CrystalRes” AMOLED displeyi canlı təsvirlər əldə etməyi və 12 bit rəng dərinliyi ilə tamamlanan rəvan qarşılıqlı əlaqəni təmin edir.

Yüksək yenilənmə sürəti (144Hz-dək) [və həssas sensor idarəetməsi gözəl animasiyaları və son dərəcə rəvan keçidləri layiqincə qiymətləndirməyə imkan verir. Süni intellektə malik yeni nəsil displeyin DCI-P3 rəng diapazonu və 4000 nit maksimum parlaqlığı iş şəraitindən və günün vaxtından asılı olaraq rəng temperaturunu və parlaqlığını tənzimləyir, həmçinin gözlər üçün optimal komfortu təmin edir.

“Xiaomi 14T” seriyası “Hi-Res Audio Wireless” sertifikatı və zəngin səs üçün stereodinamiklər sayəsində üstün səs keyfiyyəti nümayiş etdirir, Dolby Atmos® texnologiyası isə film izləmə, musiqi dinləmə və oyun təcrübənizi yaxşılaşdırır. 

Performans, sürət və səmərəlilik 

“Xiaomi 14T” seriyası qabaqcıl prosessorları və təkmilləşdirilmiş soyutma sistemləri sayəsində müstəsna performansı təmin edir, gündəlik işlərin sürətini və səmərəliliyini misilsiz səviyyəyə çatdırır.

Flaqman “MediaTek Dimensity 9300+” prosessorundan istifadə çoxtapşırıqlı əməliyyatlarda prosessorun performansını 37% artırmağa imkan verir. Qrafikanı 44% yaxşılaşdıran qabaqcıl “Immortalis-G720” qrafik prosessoru ilə birlikdə bu möhtəşəm kombinasiya qüsursuz və yüksək keyfiyyətli iş təklif etməklə süni intellekt tətbiqləri və oyunlar üçün idealdır.

Bundan əlavə, smartfon sabit rabitəni təmin edən və mobil şəbəkələrin işini yaxşılaşdıran “Xiaomi Surge T1” çipi ilə təchiz edilib, “Xiaomi 3D IceLoop” sistemi isə istiliyi effektiv şəkildə idarə etməklə həddindən artıq qızmanın qarşısını alır və maksimum performansı təmin edir. Bütün bunlar “Xiaomi 14T Pro” smartfonlarını yüksək performansa dəyər verən geymerlər və istifadəçilər üçün əla seçimə çevirir. 

Yeni “MediaTek Dimensity 8300-Ultra” süni intellekt prosessoru ilə təchiz edilmiş “Xiaomi 14T” mərkəzi prosessorun performansını 20%, qrafik performansı 60% yaxşılaşdırır. Bu,  bir neçə tapşırıq arasında rəvan keçidləri təmin edir, eyni zamanda təkmilləşdirilmiş enerji səmərəliliyi sayəsində batareyanın ömrünü uzadır.

“Xiaomi 14T” seriyası güclü batareyaları və sürətli şarj imkanları ilə seçilir. “Xiaomi 14T Pro” smartfonu “Xiaomi T” seriyasında simsiz şarj texnologiyasını tətbiq edən ilk cihazdır. Belə ki, “Xiaomi 14T Pro” 5000 mAs həcmli batareyaya əlavə olaraq, 50 Vt gücündə simsiz şarj imkanı təklif edir. Bundan əlavə, 120 vattlıq “HyperCharge” cihazı smartfonu cəmi 19 dəqiqəyə tam şarj etməyə imkan verir. Eyni zamanda, “Xiaomi 14T” smartfonu 5000 mAs həcmli etibarlı batareya və sürətli şarj üçün 67 Vt gücündə “HyperCharge” cihazı ilə təchiz edilib. 

Performans və eleqantlıq

“Xiaomi 14T” seriyası performansı və eleqant dizaynı mükəmməl şəkildə özündə birləşdirir: hamar metal korpus və son dərəcə dar 1,7 mm-lik çərçivə sanki təsvirin içinə qərq olma effektini artırır. Hər iki cihaz suya və toza qarşı davamlılığı təmin edən IP68 qorunma standartına malikdir ki, bu da uzunömürlülüyə və etibarlılığa zəmanət verir. 

“Xiaomi 14T Pro” smartfonlarının zərif metal çərçivəsi ona incə görünüş bəxş edir və əvvəlki nəsillə müqayisədə əyilməyə və zədələnməyə qarşı 116% daha artıq davamlılığı təmin edir. 3D əyri arxa panel komfortu və tutma rahatlığını artırır, metal dekor elementi isə smartfona dəbdəbəli çalarlar qatır. 

“Xiaomi 14T” smartfonunun limon yaşılı variantı, limon lifi daxil olmaqla 50% biomateriallardan ibarət dördqatlı quruluşa malik PU biomaterialdan və 100% təkrar emal edilən PET materialından hazırlanır ki, bu da onu ekoloji cəhətdən təmiz məhsula çevirir. 

Mövcud məhsullar

“Xiaomi 14T Pro” iki rəng variantında təqdim olunur: “Titan Grey” və “Titan Black” rəng çalarlarında, 12+512 GB yaddaş variantında smartfonları “Kontakt” / “Baku Electronics” / “İrşad” / “Music Gallery” / “Soliton” / “World Telekom” / “Umico”da əldə edə bilərsiniz.

Bu satış şəbəkələrinin alıcıları üçün xüsusi təklif də var: 04.10.2024-13.10.2024 tarixlərində “Xiaomi 14T Pro” smartfonu alan hər kəs “Redmi Buds 5 Pro” qulaqlıqlarını hədiyyə əldə edəcək. Bundan əlavə, hazırda “Xiaomi Store”da “Titan Blue” rəngi də daxil olmaqla bu komplektdə cihazlar təqdim olunur. Tezliklə əlavə olaraq 12+256 GB* və 12+1TB* yaddaşa malik cihazlar da təqdim olunacaq.

“Xiaomi 14T” üç rəng variantında təqdim olunur: “Titan Grey”, “Titan Black” və “Lemon Green” rəng çalarlarında, 12/256 GB yaddaş variantında smartfonları “Kontakt” / “Baku Electronics” / “İrşad” / “Music Gallery” / “Soliton” / “World Telekom” / “Umico”da əldə edə bilərsiniz.

Bu satış şəbəkələrinin alıcıları üçün xüsusi təklif də var: 04.10.2024-13.10.2024 tarixlərində “Xiaomi 14T” smartfonu alan hər kəs “Redmi Buds 5 Pro” qulaqlıqlarını və hədiyyəlik qablaşdırma hədiyyə əldə edəcək. Bundan əlavə, hazırda “Xiaomi Store”da “Titan Blue” rəngi də daxil olmaqla bu komplektdə cihazlar təqdim olunur. Tezliklə əlavə olaraq 12+512* yaddaşa malik cihazlar da təqdim olunacaq.

*Məhsulların əlçatanlığını və qiymətini satıcıdan dəqiqləşdirin. 










Bizim.Media

Seçilən
2
1
bizim.media

2Mənbələr