AZ

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Dünya

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə 81 kiloqram çəkidə tatamiyə çıxan idmançı çinli 3-cü yer uğrunda görüşdə Yianqnan Vanqa qalib gələrək bürünc medal qazanıb.

Bu, Azərbaycan millisinin hazırkı dünya çempionatında hələlik ilk medalı olub.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Aslan Kotsoyev və Tuncay Şamil ( hər ikisi 90 kiloqram) yarışı medalsız başa vurublar.

 

Seçilən
14
3
azertag.az

4Mənbələr