AZ

Bakıda builki bal yarmarkasında 68 tona yaxın arıçılıq məhsulu satılıb

Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 9-29-da keçirilmiş arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında 67,5 ton arıçılıq məhsulu satılıb.

Bu barədə nazirlik məlumat  verir.

Məlumata görə, satılan məhsulların 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Builki yarmarkada Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib. Yarmarkada 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı satışa çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan bütün bal məhsullarının 64 %-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
4
14
banco.az

10Mənbələr