AZ

NATO-nun yeni baş katibi Rutte: “Ukraynanın özünümüdafiəsi sərhəddə bitmir”

Hollandiyanın keçmiş baş naziri Mark Rutte NATO-nun baş katibi təyin olunduğu ikinci gündə Kiyevə səfər edib.

KONKRET.az xəbər verir ki, o artıq Kiyevdə bir sıra açıqlamalar verib.

“Ukraynanın, şübhəsiz ki, özünümüdafiə hüququ var və beynəlxalq hüquq bu məsələdə Ukraynanın tərəfindədir”, – deyən baş katib daha sonra bunlrı bildirib:

“Rusiya qeyri-qanuni müharibə aparır. Ona görə də Rusiya döyüş təyyarələri və raketləri Ukraynanın mülki infrastrukturuna qarşı istifadə edilməmişdən əvvəl vurulmalıdır. Onları vurmaqla itkilərin qarşısını almaq mümkündür”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr