AZ

Ölümü Türkiyəni sarsıtmışdı! Məzarının  örtüyü qırılıb

Mersinin Gülnar rayonunda 3 il əvvəl ailəsi çadır qurarkən yoxa çıxan və 10 gün sonra cəsədi 7 kilometr aralıda tapılan Müslümə Yağalın (3) məzarının üzərindəki mərmər örtüyünün bir hissəsi qırılıb. 
Sherg.az  xəbər verir ki qış mövsümünü keçirmək üçün Karamandan Gülnar rayonunda 175 metr hündürlükdə olan Yanışlı mahalına gələn Sarıkeçili Yörüklərindən Yağal ailəsi çadırı qurduqdan sonra saat 17:00 radələrində qızlarının itdiyini anlayıb. 

Sonuncu dəfə oynayarkən görüntülənən Müslüməni tapa bilməyən ailəsi təhlükəsizlik güclərindən kömək istəyib. Xəbər verildikdən sonra bölgəyə jandarma, xilasetmə,  AKUT və sağlamlıq qrupları sövq edilərək axtarış işlərinə başlanılıb. İtkin düşəndən 10 gün sonra 7 kilometr aralıda cəsədi tapılan Müslümə Yağalın cənazəsi məmləkəti Karamanın Çeltek rayonundakı Kazalpa qəbiristanlığında torpağa tapşırılıb.


Müslümənin məzarındakı beşik şəkilli mərmər örtüyünün bir hissəsi qırılmış halda aşkarlanıb. Polis qrupları dağıntının hər hansı bir şəxs və ya şəxs tərəfindən, yoxsa struktur səbəblərdən olub olmadığını müəyyən etmək üçün araşdırmaya başlayıb. Müslümənin məzarı üzərində qalan, nə vaxt olduğu təyin olunmayan əmzik diqqət çəkib.
Seçilən
5
sherg.az

1Mənbələr