AZ

Şəhərə quldur dəstəsi basqın etdi: Onlarla ölü var

Haitidə bir şəhərə silahlı quldur dəstəsinin həyata keçirdiyi basqın nəticəsində azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Haitinin paytaxtı Port-au-Prinsdən 71 kilometr uzaqlıqda yerləşən Artibonit bölgəsindəki Pont-Sonde qəsəbəsinə Qran Qrif adlı silahlı quldur dəstəsi basqın edib.

Basqın zamanı aralarında uşaqların da olduğu azı 20 nəfər ölüb.. Qəsəbə sakinləri basqın səbəbindən evlərini tərk ediblər.

Hökumətin verdiyi açıqlamada hadisə "qırğın" kimi qiymətləndirilib.

Seçilən
22
cebheinfo.az

1Mənbələr