AZ

“Ekoloji mədəniyyət hislərinin gücləndirilməsində gənclərin rolu” mövzusunda tədbir keçirib - FOTOLAR

COP29 ili çərçivəsində Gənc Vətənpərvərlər “İctimai Birliyi 4 oktyabr 2024-cü il tarixində “Ekoloji mədəniyyət hislərinin gücləndirilməsində gənclərin rolu” mövzusunda tədbir keçirib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi , Gənc Vətənpərvərlər “İctimai Birliyinin (GVİB) təşkilatçılığı ilə “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili “adlı layihə çərçivəsində , Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Bakı Neft - Energetika Kollecində “Ekoloji mədəniyyət hislərinin gücləndirilməsində gənclərin rolu ” mövzusunda tədbir kecirib.

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, bu il Gənc Vətənpərvərlər “İctimai Birliyi gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbir açıq elan edilməsi ilə, Kollecin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov tədbir haqqında ümumi məlumat verməzdən öncə, Kollecin direktoru dos. Ata Babayevin salamlarını tədbir iştirakşılarına çatdırdı.

Sonra qeyd etdi ki, gənclər arasında COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərinin təbliğ olunması və bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı maarifləndirmə işi elan olunmalıdır. Bununla bağlı, torpağa ,təbiətə, keçmişə, bu günə , gələcəyə, dövlətciliyə və tarixi milli-mədəni və əxlaqı dəyərlərinə ehtimatla yanaşmaları və soyuqqanlıq kimi keyfiyyətlərin gənclər arasında təbliğ etmək mütamadi olunmalıdır. Layihənin rəhbəri, ictimai xadim Müqamət Süleyman oğlu Əliyev qeyd etdi ki, COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırıb.

Bildirilib ki, COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP “Conferene of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq” iki həftə ərzində Azərbaycanda olacaq. “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir.Tədbirdə Kollecin müəlliməsi Gülsarə Rasimova iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışıb. Digər çıxışçılar Kollecin müəlliməsi Günay Əskərova çıxışında iazad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi innovativ yanaşmaların tətbiq edilməsindən danışıb.

Tədbirin sonunda COP29-a aid suallar cavablandırılıb. Tədbirin məqsədi, COP 29-a hazırlıq çərçivəsində gənclərin bilik və bacarıqlarını, iqlim dəyişikliyi ilə bağlı qlobal və yerli səviyyədə məlumatlılığı artırmaq idi. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub Tədbirdə, Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Bakı Neft -Energetika Kollecin tələbələri, Kolecin müvafiq struktur rəhbərləri, GVİB-n İdarə Heyəti, QHT nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, layihə Gənclər Fondun dəstəyi ilə həyata keçirilir.

Seçilən
10
qht.az

1Mənbələr