AZ

Süleyman Şükürov dünya çempionatında bürünc medal qazanıb

Süleyman

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Reyting.az xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pöilləsinə yüksəlib.

Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. Şükürov ardınca Coşua De Lanq (Niderland) ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib(Report).
Seçilən
13
7
reyting.az

8Mənbələr