AZ

Xaçmazda Beynəlxalq Müəllimlər Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeydedilib.

Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəÜmummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tərçiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Himni oxunub,ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutlayad edilib.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərəkölkəmizdə, o cümlədən Xaçmaz rayonunda görülən işlərdən ətraflıdanışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsilişçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davametdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günəgücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcılmüəllimlərin mükafatlandırılması şərəfli peşə sahiblərinəgöstərilən dövlət qayğısının bariz nümunəsidir.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanınrəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyətproqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətləqarşılanır. Ölkəmizin hər yerində olduğu kimi, Xaçmaz rayonunda damüasir standartlara uyğun yeni məktəb binaları tikilərək istifadəyəverilir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev,Rayon Ağsaqqallar Şurasının sədri, təqaüdçü müəllim MəhərrəmAbasov, Hacıisaoba kənd ibtidai məktəbinin müəllimi, şəhid anasıBibixanım Mirzəmmədova, Xaçmaz rayon Təhsil İşçiləri HəmkarlarTəşkilatının sədri Yaşar Abasov, Arzu kənd tam orta məktəbinindirektoru, Vətən Müharibəsi iştirakçısı Vüqar Həbibov və Çiləgirkənd tam orta məktəbinin müəllimi Vüsalə Yusifli çıxış edərəkölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldəolunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.

Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə Xaçmaz Rayon İcraHakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxrifərman və qiymətli xatirə hədiyyələri təqdim olunub. Həmçinin 70illik yubileyini qeyd edən şəhid anası, təqaüdçü müəllim TimziyyəMəmmədova və şəhid anası Bibixanım Mirzəmmədovaya xatirəhədiyyələri verilib.

Sonda Azərbaycan təhsilinə həsr olunan videoçarx nümayişetdirilib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
5
1
az.trend.az

2Mənbələr