AZ

“Sumqayıt” kanadalı basketbolçu ilə güclənib

“Sumqayıt”

Bakı, 4 oktyabr, AZƏRTAC

“Sumqayıt” klubu növbəti transferini həyata keçirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi Kanadadan olan Ali Akim Tayger Klarkın keçidini rəsmiləşdirib. İyirmi altı yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

O, buna qədər Kanadanın “Toronto Metropoliten University” və ABŞ-ın “Vestern Oklahoma Steyt Kollekt” komandalarında çıxış edib.

Xatırladaq ki, “Sumqayıt” indiyədək amerikalı basketbolçular Derrik Nyuton, Calen Houkins, Ceylon Klark, Kaelen Meloun və rusiyalı Andrey Moteyunası heyətinə qatıb.

 

Seçilən
5
2
azertag.az

3Mənbələr