AZ

Bu il bal yarmarkasında 67 tondan çox arıçılıq məhsulu satılıb

Bu ilin 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü respublika sərgi-satış yarmarkasında fermerlər tərəfindən yarmarkaya çıxarılan 120 tona yaxın arıçılıq məhsulundan 67,5 tonu satılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, satılan məhsulların 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür. Bu il keçirilən bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı iştirak edib.

Yarmarkada 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı satışa çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan bütün bal məhsullarının 64 faizini təşkil edib.

Bundan başqa, arıçı fermerlər yarmarkada qaratikan balı, may balı, dağ balı, biyan balı, çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr satışa çıxarıblar.

Seçilən
8
34
vergiler.az

10Mənbələr