AZ

Daha 4 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib:

"Cənubumuzda terror dəhlizinin yaradılmasına imkan vermədik, verməyəcəyik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terroru mənbəyində məhv etmək üçün əməliyyatlarımızı fasiləsiz davam etdirəcəyik''.

Seçilən
8
cebheinfo.az

1Mənbələr