AZ

Türkiyə yeni S diapazonlu radar sistemi “ALP 100-G”-ni təqdim etdi

Türkiyənin “ASELSAN” şirkəti Adanada yeni S diapazonlu “ALP 100-G” radar sistemini təqdim edib.

Radar 10-cu “TECHNOFEST-2024” aviasiya, texnologiya və astronavtika festivalının keçirildiyi yerdə təqdim edilib, bu barədə “AZƏRTAC” xəbər verir.

Türk mütəxəssislərin işləyib hazırladıqları qurğu “dost- düşmən” sistemi ilə təchiz edilib və təyyarələr, helikopterlər, İHA və qanadlı raketlər də daxil olmaqla, alçaqdan uçan hədəfləri üçölçülü formatda qeyd etmək və izləmək qabiliyyətinə malikdir.

Erkən xəbərdarlıq qurğusu məlumatı operativ şəkildə idarəetmə mərkəzinə ötürməklə düşmənin raket buraxılış nöqtələrini aşkar edir.

“ALP 100-G” radarı gecə-gündüz işləyə bilir və 8x8 şassi sayəsində tez bir zamanda yerini dəyişir.

“ASELSAN” mütəxəssislərinin işləyib hazırladıqları qurğu yaxın zamanda Türkiyə Silahlı Qüvvələrində döyüş növbətçiliyinə başlayacaq.

Seçilən
13
oxumeni.az

1Mənbələr