AZ

Aİ Gürcüstan ilə görüşləri dayandırır

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb. Bu barədə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski məlumat verib. Onun sözlərinə görə, bu qərar Avropa ilə yaxınlaşmağa cab atan bir ölkə üçün təhlükəli siqnaldır. Qerçinski bu addımın demokratik idarəetmə, islahatlar və xarici siyasət kimi əsas məsələlərdə Brüssel ilə Gürcüstan rəhbərliyi arasındakı fikir ayrılığının getdikcə artması fonunda atıldığını söyləyib.

2014-cü ildə Asosiasiya barəsində müqaviləni imzalayan, 2017-ci ildə Şengen zonasına vizasız rejim hüququ alan Gürcüstan ilə Aİ arasındakı münasibətlər 2019-cu ildən etibarən soyumağa başlayıb.

Hürr Tərcüman

 

Seçilən
7
hurriyyet.az

1Mənbələr