AZ

Razi Nurullayev komitə iclasında təkliflərlə çıxış etdi

Oktyabrın  4-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
 Milli Məclisin deputatı Razi Nurullayev  komitə iclasında  gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib.
Deputat çıxışı zamanı qeyd edib , şikayətçilərlə və şikayət məktubları ilə konkret nəticələrə söykənən işin aparılması və o şikayət və məktubların dövriyyədən çıxarılması, yəni vətəndaşlarda məmuniyyətin yaradılması üçün yeni üsullardan istifadə edilməlidir. Şikayətçilər, şikayət məktubları, o cümlədən deputatlara və komitəyə daxil olan məktublarla bağlı məktub sahiblərinin iştirakı ilə dövlət orqanları ilə bərabər görüşlərin keçirilməsi və bəzi təkrar şikayətlərə birdəfəlik həll olunması məsələsinə baxılmalıdır. Daha sonra millət vəkili bildirmişdir ki,  ölkə daxilində söyüş və təhqirlərlə bağlı aidiyyatı dövlət qurumları ilə görüşlər keçirib təcrübə və təkliflərin paylaşılması, bu sahədə nəticəyə nail olmaq üçün də konkret təkliflər müzakirə olunmalıdır. İclasda komitənin qarşıdakı sessiyası üçün iş planı təsdiqlənib, müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Seçilən
11
xalq.az

1Mənbələr