AZ

Paytaxtda qışa hazırlıq: Hansı işlər görülüb?

Payız mövsümünün başlaması, eyni zamanda soyuq və yağıntıların başlaması deməkdir.

Belə ki, mövsümlə bağlı paytaxta qısamüddətli yağışlar zamanı bəzi prospekt və küçələri su basır, gölməçələr yaranır, yollarda toplanan yağış suları həm avtomobillərin, həm də piyadaların hərəkətini çətinləşdirir.

Maraqlıdır, bu il paytaxt yolları qışa hazırdır? Hansı qabaqlayıcı tədbirlər görülüb?

Məsələ ilə bağlı Bakı İcra Hakimiyyətindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, əvvəlki illərin təcrübəsinə uyğun qışa hazırlıq tədbirləri dava edir:

"Kifayət qədər duz ehtiyatımız var. Lakin yekun məlumat noyabrın əvvəlində veriləcək. Həmin vaxta qədər əlavə duz alınması gözləniləndir".

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr