AZ

Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində yaşıllıqlar salınır

Naftalan şəhəri ərazisində abadlıq, təmir-bərpa və yaşıllaşdırma işləri davam etdirilir.

Şəhərin küçə və prospektlərindəki işıq dirəkləri rənglənib, işıq lampaları yenilənib, həmçinin şəhərin girişində tanıtma lövhəsi rənglənib. Turistlərin və velosiped həvəskarlarının məmnunluğuna səbəb olan şəhər ərazisində 7 km uzunluğunda çəkilmiş velosiped zolağı da yenidən rənglənib.

Eyni zamanda şəhərin parklarında, yol kənarlarında yaşıllıq zolaqlarında qurumuş ağacların yerinə yeni ağac tinglərinin əkilməsi, ağaclara aqro qulluq xidmətinin göstərilməsi və budanması, gül-çiçək kollarının əkilməsi işləri həyata keçirilib.

Qeyd edək ki, şəhərin estetik görünüşünə və ekoloji tarazlığına öz müsbət təsirini göstərən yayıllaşdırma işləri mütəmadi davam etdiriləcəkdir.

 

Seçilən
3
naftalan-ih.gov.az

1Mənbələr