AZ

Qərb NATO-nun himayəsi altında öz kontingentini Cənubi Qafqaza yerləşdirmək istəyir - Bortnikov

Qərb guya İrəvan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək üçün NATO ölkələrindən öz “sülhməramlı” kontingentini Zaqafqaziyaya daxil etməyə çalışır.


Modern.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

“Amerikalılar və avropalılar açıq şəkildə Zaqafqaziyada sabitliyin bərqərar olmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin de-yure BMT-nin himayəsi altında, de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır”, - Bortnikov Astanada MDB-nin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında deyib.

Onun sözlərinə görə, belə sülhməramlılığın mümkün xarakteri Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş “Avropa İttifaqının müstəqil mülki müşahidə missiyası” kimi Rusiya və onun tərəfdaşlarına qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti aparamqdır.

Bortnikov qeyd edib ki, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxarmağa çalışır ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq.
 

“Və NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, deyə bilərik ki, blokun Zaqafqaziyada konsolidasiyası açıq şəkildə regionda sabitliyə töhfə verməyəcək”, - Bortnikov vurğulayıb.

FTX direktoru əlavə edib ki, Qərb ölkələri postsovet məkanında digər münaqişələri də qızışdırırlar.

Seçilən
8
1
modern.az

4Mənbələr