AZ

“Qərbin “sülhməramlıları” Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, NATO qoşunlarının regiona yerləşdirilməsinə çalışırlar – RF FTX sədri Aleksandr Bortnikov

“Qərbin “sülhməramlıları” Cənubi Qafqazda sülhün bərqərar olmasına çalışmırlar, onlar yalnız danışıqlar prosesini ləngidirlər və Rusiya Federasiyasına qarşı kəşfiyyat və NATO qoşunlarının regiona yerləşdirilməsi üçün fürsət axtarırlar”.

Editor.az bildirir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti, MDB Ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının (SORB) sədri Aleksandr Bortnikov Qazaxıstanın paytaxtında keçirilən SORB-nin 55-ci iclasında deyib.

“Amerikalılar və avropalılar açıq şəkildə Zaqafqaziyada sabitliyin bərqərar olmasında maraqlı deyillər. regionda – de-yure BMT-nin və de-fakto NATO-nun himayəsi altında fəaliyyət göstərirlər, – Bortnikov deyib. O xatırladıb ki, artıq Ermənistan ərazisində Azərbaycanla sərhədə yaxın ərazidə BMT-nin müşahidə missiyası yerləşdirilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr