AZ

Conson Netanyahunu tualetini sındırmaqda ittiham edib

7 il əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ziyarətindən sonra Britaniya Xarici İşlər Nazirliyinin tualetində dinləmə cihazı tapılıb. Bu barədə Britaniya siyasətçisi Boris Conson öz xatirələrində yazıb.

Hurriyyet.az bildirir ki, bu barədə The Daily Telegraph xəbər verib.

Onun sözlərinə görə, Netanyahu bir müddət “orada idi”. Daha sonra təhlükəsizlik əməkdaşları stulda dinləmə qurğusu aşkar ediblər.

Conson həmçinin Netanyahuya Balfour bəyannaməsini imzalamaq üçün istifadə edildiyi güman edilən qələmi göstərərək onunla zarafat etdiyini etiraf edib. Bu, 1917-ci ildə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Artur Balfur tərəfindən 1917-ci ildə Britaniya yəhudi icmasının nümayəndəsi Valter Rotşildə göndərilmiş sənəddir. Consonun dediyinə görə, bu, çox adi  diyircəkli qələm idi.

32gun.az

Seçilən
4
hurriyyet.az

1Mənbələr