AZ

Metroda sıxlıq: Qatarların tutumu sərnişin sayına adekvatdır? - RƏSMİ

Hər gün Bakı Metropolitenində sıxlıq müşahidə olunur. Pik saatlarda bu sıxlıq daha da artır. Bəzən sıxlığı aradan qaldırmaq üçün sərnişinlərin platformaya daxil edilməsi müxtəlif məhdudiyyətlərlə əngəllənir.

Bununla belə, təəssüf ki, bəzi hallarda bədbəxt hadisələr yaşana bilir. Maraqlıdır, qatarların ümumi tutumu necədir və tutumdan artıq sərnişin olması tuneldəki qatarlar üçün təhlükə yarada bilərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ifrat dərəcədə yüklənmə varsa, digər tədbirlər görülür:

"Hər bir vaqon 315-330 sərnişin tutur. Ümumiyyətlə, bir qatar üzrə götürsək, bu, 1 600 nəfər edir. Ümumən, vaqonun tutumundan asılı olan məsələlər də var. Amma platforma səviyyəsində sərnişin sıxlığı da nəzarətdə saxlanılır. İfrat dərəcədə yüklənmə varsa, digər tədbirlər görülür".

O bildirib ki, tutumdan artıq yüklənməyə şərait yaradılmır:

"Ondan artıq yüklənməyə imkan vermirik. Platforma yüklənməyə başlayanda məhdudiyyətlər qoyulur. Məsələn, metro stansiyasının platformaya daxil olan hissəsinin 1 və 2 qapısı açıq qoyulur. Platformanın ifrat dərəcədə yüklənməsinə icazə verilmir".

Qurum rəsmisinin sözlərinə görə, bəzi hallarda təhlükə yarana bilər:

"Əgər bütün qapılar açıq olarsa, eskalator, turniketin qarşısı dolu olarsa, bu, təhlükə mənbəyidir. Təhlükəsizlik tələblərinin ən vacib hissəsi buradan başlayır. Bu hallara da mütləq nəzarət edilir".

Naibə

"Cebheinfo.az"

Seçilən
6
cebheinfo.az

1Mənbələr