Hazırda “Android 15” əsaslı “One UI 7” yeniləməsi üzərində çalışan “Samsung”un son yeniləməsinin köhnə “Galaxy” modellərini pozduğunu iddia edilib.

İndex.az xəbər verir ki, bəzi istifadəçilər bildiriblər ki, yeniləməni telefonlarına quraşdırdıqdan sonra onlar müxtəlif problemlər yaşamağa başlayıblar və qurğuları yükləmə döngəsində ilişib qalıb.

“Reddit” başda olmaqla bir çox platformada paylaşılan paylaşımlara baxdığımızda proqram yeniləməsinin “Galaxy S10”, “Note 10” seriyası, eləcə də “Galaxy M51” və “A90” kimi modellərə təsir etdiyini söyləyə bilərik.

İndiyə qədər problemdən təsirləndiyi bildirilən modellərin siyahısı belədir:

  • S10 Lite
  • S10e
  • S10
  • S10+
  • S10 5G
  • Note10
  • Note10+
  • Note10+ 5G

Hələlik “Samsung”dan heç bir açıqlama olmasa da, sənaye mənbələrinə görə problemin mənbəyi “SmartThings Framework” tətbiqinin yenilənməsidir. Bu, köhnə “Samsung” cihazlarının yükləmə döngəsində ilişib qalmasına və sadəcə yararsız hala düşməsinə səbəb olur.

Bu problemdən təsirlənən istifadəçilər bildirirlər ki, bu vəziyyət zavod parametrlərinə sıfırlanmaqla həll edilə bilər. Ancaq telefonu aça bilməyəcəyiniz üçün güc və səs artırma düymələrinə eyni anda basaraq sıfırlama prosesinə başlamalı olacaqsınız. Unutmayın ki, əvvəllər ehtiyat nüsxəsini çıxarmamısınızsa, bütün saxlanmış məlumatlarınızı itirəcəksiniz.