Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün "X" səhifəsində yazıb.
“Müntəzəm dialoqumuzun bir hissəsi olaraq prezident Zelenskinin ABŞ-a səfərini izləmək, tarixi qərarlara gətirib çıxaracaq və qələbəmizi yaxınlaşdıracaq gələcək addımlar barədə razılığa gəlmək üçün Antoni Blinkenlə məhsuldar telefon danışığı apardıq”, - deyə Sibiqa bildirib.
Qeyd edək ki, Vaşinqton hələlik söhbətin təfərrüatlarını şərh etməyib.