AZ

İsrailin İrana hücumu nefti nə qədər bahalaşa bilər?

İsrail İranın neft infrastrukturuna hücum edərsə, neft qiymətləri 20 dollar bahalaşa bilər.

Yenisabah.az xəbər verir ki, bu, "Goldman Sachs Group" analitiklərinin fikricir.

Qlobal əmtəə araşdırmalarının rəhbəri Daan Struyven bildirib: "İranın neft hasilatı uzun müddət ərzində gündə 1 milyon barel azalarsa, bu, gələn il neftin qiymətinin təxminən 20 dollar/barel artmasına səbəb olacaq". vakansiyalar

Bu proqnoz OPEC+-nın İranın hasilatın azaldılmasını kompensasiya etmək üçün müdaxilə etməyəcəyini nəzərdə tutur. Bu baş verərsə, neftin qiyməti daha zəif, bir barel üçün 10 dollardan bir qədər az artacaq.

Müxtəlif hesablamalara görə, İran gündə 3,4 milyondan 4 milyon barelə qədər neft hasil edir.


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr