AZ

BMT Quterreşi tam dəstəklədiyini təsdiqləyib

BMT Təhlükəsizlik Şurası BMT-nin baş katibi Antonio Quterreşi tam dəstəklədiyini açıqlayıb.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası adından İsveçrənin BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasının oktyabrda sədri Paskal Kristin Berisvil bildirib.

Bəyanatda BMT-yə üzv olan bütün dövlətlərin BMT rəhbəri ilə məhsuldar və effektiv əlaqələr saxlamasının zəruriliyi vurğulanıb, Quterreş və onun ofisinin işinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməyə çağırılıb. 

Təhlükəsizlik Şurasının (E10) seçilmiş 10 üzvü BMT-nin Baş katibi A.Quterreşi və BMT sistemini tam dəstəkləyib. E10 regionda mövcud olan zorakılıq dövrünü pisləyib və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına dair çağırış edib.

"Təhlükəsizlik Şurasının üzvləri həmçinin vurğuladılar ki, BMT Baş Katibi və ya Birləşmiş Millətlər Təşkilatı ilə əlaqə saxlamamaq barədə istənilən qərar, xüsusən də Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda əks-məhsuldardır", - deyə Berisvil vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrail BMT-nin baş katibi Antonio Quterreşi "persona non qrata" elan edib və onun ölkəyə girişini qadağan edib. 

Gülşən Şərif

Seçilən
10
bakivaxti.az

1Mənbələr