AZ

Şərqi Finlandiya Universitetinin əməkdaşı ADAU tələbələri üçün mühazirələr keçəcək

Gəncə, 4 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Şərqi Finlandiya Universitetinin müəllimi Sahib Xan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün mühazirələr keçəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk mühazirədə çıxış edən ADAU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə mühazirələrin “Erasmus+” layihəsi çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün nəzərdə tutulan seminarlar oktyabr ayının ikinci yarısına qədər davam edəcək.

Həmçinin Sahib Xan ADAU-ya səfəri çərçivəsində professor-müəllim heyəti ilə görüşüb, bir neçə sahə üzrə də mühazirələr keçəcək.

Seçilən
5
azertag.az

1Mənbələr