"Qəbələ" legioneri ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Samuel Tetteh ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, 28 yaşlı hücumçu 'qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 25 matçda 3 qol vurub.