AZ

Qatı cinayətkara bəraət verən hakim işindən oldu: XİTAM

Ötən gün xəbər vermişdik ki, Ermənistan prezidenti olmuş Xocalı qatili Serj Sarkisyana bəraət verən hakim cəzalandırılır.


Adalet.az xəbər verir ki, Serj Sarkisyanın işinə baxan hakim Vahe Misakyan əvvəl töhmət alsa da , Ermənistan Ali Məhkəmə Şurası onu bağışlamayıb. Hakim intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edib. Beləki, Cinayət Məhkəməsinin hakimi Vahe Misakyanın səlahiyyətlərinə Mərkəzi Cinayət Məhkəməsi tərəfindən xitam verilib. Şuranın 9 üzvü bu qərarın “lehinə” səs verib.


Qeyd edək ki, Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyan 2013-cü ildə "Fleş" şirkətinə (neft məhsulları idxalçısı) himayədarlıq etməkdə ittiham olunurdu. Belə ki, şirkət daha artıq qiymət təklif etməsinə baxmayaraq, dövlət tərəfindən keçirilən tenderdə qalib gəlib. Yəni, eks-prezidentə qarşı ittihamların mahiyyəti ondan ibarət idi ki, o, 2013-cü ildə "Fleş" şirkətinə fermerlər üçün subsidiyalaşdırılmış dizel yanacağının tədarükü üzrə tenderi qazanmağa kömək edib. Nəticədə Ermənistan hökumətinə milyonlarla dollar zərər dəyib.

S.Sarkisyan "dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu və mayın 31-də “dizel işi”ndə cinayət tərkibi olmadığına görə bəraət aldı.

Seçilən
5
adalet.az

1Mənbələr