AZ

Ağac kəsintisi faktları aşkar edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağdaş, İsmayıllı, Lənkəran və Salyan rayonlarının inzibati ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. 

Araşdırma zamanı Ağdaş rayonu Ağcayazı kəndinin ərazisində Mayıl və Malik Qəmbərovlar, Girdimançay çayının İsmayıllı rayonunun inzibati ərazisindən keçən hissəsində yerləşən Sərdahar körpüsünün yaxınlığındakı yaşıllıq ərazidə Röyal Adıgözəlov, Lənkəran rayonu Osaküçə kəndi Bandoba məhəlləsi ərazisində Mətləb Sadıxov və Salyan rayonu Qızılağac kəndinin ərazisində fəaliyyət göstərən “Azərtəsərrüfat” MMC-nin istifadəsində olan topaq sahəsində MMC tərəfindən ağac və kolların qanunsuz kəsildiyi müəyyən edilib. 

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Seçilən
9
ekologiya.az

1Mənbələr