AZ

NATO-nun üçüncü ən böyük ordusu

Polşa qoşunları NATO-nun üçüncü ən böyük ordusu olub

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib. Nazir bildirib ki, Polşa ordusu 200 min əsgər sayını keçərək, güc baxımından NATO-da üçüncü ən böyük ordu oldu.

“Biz artıq Fransanı qabaqlayırıq. Artıq 205 min əsgərimiz var, ilin sonuna qədər isə 207 min və ya daha çox olmasını gözləyirik”.

Hazırda NATO ölkələri arasında ordu sayına görə birinci yerdə ABŞ, ikinci yerdə isə Türkiyə gəlir.

Seçilən
5
ucnoqta.az

1Mənbələr