AZ

Sürücü dairədəki maşınların qarşısına çıxıb yolu kəsdi - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 29-da, paytaxtın Mikayıl Əliyev küçəsində baş verib.

Belə ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan 77-KY-140 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü üstünlüyə malik olan avtomobillərə yol verməyərək onların hərəkətinə mane olub. Videogörüntüdən də aydın şəkildə görünür ki, maneə ilə üzləşən sürücülər ona səs siqnalı ilə xəbərdarlıq ediblər.

Bu qayda pozuntusunu törədən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

 

Könül Rauf

Seçilən
11
avtosfer.az

1Mənbələr