AZ

"Peycer partlayışları MDB ölkələrinin təhlükəsizliyinə təhdiddir" - FSB rəhbəri

"Livan ilə Suriyada peycer və rabitə vasitələrinin partladılması hərəkətləri MDB ölkələrinin təhlükəsizliyinə birbaşa təhdiddir".

Bu fikri nu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının (SORB) sədri Aleksandr Bortnikov deyib.

SORB-nin 55-ci iclası zamanı FSB rəhbəri qeyd edib ki, Livan və Suriyada peycerlərin partladılması ilə bağlı son hərəkətlər düşmən kəşfiyyat xidmətlərinin informasiya resurslarının zəiflikləri haqqında məlumat toplamaq işinin nəticələrini göstərir.

Bortnikovun sözlərinə görə, hazırda xüsusi xidmət orqanlarının hərəkətləri təkcə kritik informasiya infrastrukturunu məhv etmək üçün deyil, həm də daşınan elektronikadan istifadə edərək dövlət məmurlarına qarşı sui-qəsdlərin təşkili üçün istifadə oluna bilər.

"Bu, MDB ölkələrinin təhlükəsizliyinə birbaşa təhdiddir", - FSB direktoru yekunlaşdırıb.

Tural

Seçilən
23
news365.az

1Mənbələr