AZ

Mərkəzi Bank “yaşıl maliyyə taksonomiyası”nı COP29-dan öncə tətbiq etməyə hazırlaşır

Maliyyə sektorunda kifayət qədər çağırışlar var. Bütün çətinliklər və risklərlə yanaşı, kifayət qədər fürsətlər də mövcuddur. Biz hamılıqla həmin fürsətlərdən, xüsusi investisiya və yeniliklərdən yararlanmalıyıq.


AZƏRTAC xəbər verir ki bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Şəxsi maliyyə üçün yolun yaradılması” mövzusunda dəyirmi masada deyib.


“Biz iqtisadi artıma, inkişafa kömək edəcək, sadəcə Azərbaycan üçün deyil, bütün qlobal artıma töhfə verə biləcək yolları arayıb tapmalıyıq. Üzərimizə düşən məsuliyyəti, yaşıl keçidi anlayırıq. Bir tərəfdən də maliyyə sektorunun üzləşə biləcəyi iqlimlə bağlı risklərlə bağlı ehtiyatlı olmalıyıq. Ona görə də maliyyə stabilliyi bizim üçün çox vacibdir. COP29-da maliyyə sektoruna da dəstək göstərməliyik. Əvvəlki illərdə biz maliyyə sektorunun dayanıqlı maliyyə yol xəritəsini hazırlamışıq. Başladığımız ən mühüm təşəbbüslərdən biri məhz “yaşıl maliyyə taksonomiyası”nın tərtib edilərək tətbiqi olub. Biz onu bazarda COP29-dan əvvəl icra etməyə hazırlaşırıq. Ona görə də “yaşıl maliyyə taksonomiyası”nın tətbiqi əslində maliyyə təsisatlarının beynəlxalq maliyyə standartlarına uyğunlaşdırılması ilə bağlıdır. Ona görə də biz beynəlxalq konnekturanı da başa düşməliyik”, - deyə Taleh Kazımov əlavə edib.

Seçilən
10
2
ekologiya.az

3Mənbələr