AZ

Qocalıq: Adam var, sürətlə, adam var yavaş-yavaş qocalır

DÜŞÜNÜRƏM ki, insanlar eyni sürətlə qocalmır, qocalma sadə proses deyildir, düzxətli getmir. Doğrudur, genlərdən və həyat şəraitindən asılı olan bir prosesdir, amma sinusoidal, yəni dalğavari, dəyişkən prosesdir, hamıda və həmişə eyni getmir. Ətrafınıza – qohumlarınıza, dostlarınıza diqqət etsəz, bunu özünüz də müşahidə edə bilərsiz...

Adam var, sürətlə, adam var yavaş-yavaş qocalır, hər yaşın izlərini özündə, görünüşündə daşıyır. Adam da var, illərlə qocalmır, cavan qalır, amma bir-iki ilə elə sürətlə qocalır ki, əvvəlki illəri də əvəz edir. Amma hamı qocalır, göydə ulduzlar, yerdə dağlar, hətta həyatda insanlar da qocalır. Əsas odur, həyatını maraqlı, faydalı keçirəsən, qocalanda xatırlamağa bir şey olsun. Hər ürəkdə bir ev tikəsən, öləndən sonra xatırlamağa bir şey qalsın...

Qalib Arif

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr