AZ

Abşeron İH məhkəməlik oldu

Abşeron rayon İcra Hakimiyyəti növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, bu dəfə icra hakimiyyəti ilə bağlı iddianı rayon sakini Əliyev Ələkbər Mehralı oğlu qaldırıb. İşin mahiyyəti İnzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Həmişə olduğu kimi bu dəfə də icra hakimiyyəti torpaq mübahisəsi səbəbindən məhkəməlik olub.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 4 noyabr tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladq ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Abşeron İH dəfələrlə torpaq mübahisəsi, torpaqların zəbti və qanunsuz tikililərlə bağlı məhkəməyə verilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
6
tribunainfo.az

1Mənbələr