AZ

Əl Əxbar: ABŞ İraqın baş nazirindən Amerika səfirliyinin müdafiə səviyyəsini artırmağı xahiş edib

İranyönlü qrupların bölgədəki ABŞ bazalarını atəşə tutmaq təhdidləri fonunda Vaşinqton İraqın baş naziri əl-Sudanidən Amerika səfirliyini eyni qrupların hücumlarından qorumaq üçün xüsusi qüvvələr göndərməsini istəyib. Bu barədə Livanın “Əl Əxbar” qəzeti İraqdakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, İraq təhlükəsizlik xidmətləri ölkənin baş nazirindən “ölkədəki diplomatik nümayəndəlikləri istənilən hücumdan qorumaq” üçün ciddi göstərişlər alıb.

Ülviyyə, Hurriyyet.az

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr