AZ

"Biz heç zaman inamımızı itirmədik"-Deputat- ÖZƏL

"4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı".

Olaylar xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib:

"Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 2-ci ilini qeyd edirik.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl işğaldan azad olundu.
Bu gün hər birimiz doğma yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik. O gün uzaqda deyil. Tezliklə Cəbrayılda  bərpa və quruculuq işləri başa çatacaq və biz öz doğma yurdumuza qayıdacayıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr