AZ

ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib

Bakı İqlim Həftəsi Çərçivəsində ADA Universitetində “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə gənclər startap layihələrini təqdim edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov startaplara aid dövlət dəstəyini yüksək qiymətləndirib və gənclərə onların əhəmiyyətindən bəhs edib.

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov nazirliyin istedadlı gənclərin ölkə daxilində və xaricdə dəstəklənməsinin vacibliyinə toxunub: “Nazirliyin bu sahədə bir sıra yeni layihələri hazırlanır, bununla bağlı beynəlxalq təcrübə öyrənilir”.

COP29-un Azərbaycan üzrə Gənclər çempionu Leyla Həsənova COP29-a gənclərin göstərdiyi dəstəyə görə təşəkkür edib: “İqlim həftələri dünyanın əsasən mərkəzi şəhərlərində keçirilir və birinci dəfədir ki, Mərkəzi Asiya regionunda keçirilir. Daha yaşıl daha təmiz və daha dayanıqlı gələcək üçün biz bu fürsəti dəyərləndirməliyik. COP29 çərçivəsində bu tədbirlərin Azərbaycanda keçirilməsi bizim üçün böyük fürsətdir. Bu fürsətdən istifadə etmək lazımdır”.

Daha sonra tədbir iştirakçılarının yaşıl innovasiyalarla bağlı təklifləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Seçilən
4
apa.az

1Mənbələr