AZ

Bortnikov: ABŞ Ukrayna münaqişəsini Moldova və Belarusa qədər genişləndirməyə çalışır- ÖZƏL

ABŞ və onların NATO üzrə müttəfiqləri, xüsusilə Böyük Britaniya, MDB ölkələrinin təhlükəsizliyinə altı istiqamətdə təsir göstərir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın FSB direktoru Aleksandr Bortnikov Astanada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının iclasında bildirib. 

Əsas məqamlardan biri döyüş əməliyyatları zonasının Belarus və Moldovaya genişlənməsidir. Bortnikov qeyd edib ki, NATO-nun fəaliyyəti Ukraynadakı münaqişənin eskalasiyası ilə özünü göstərir və bu, NATO ölkələrinin hərbi kontingentlərinin birbaşa iştirakına səbəb ola bilər.

"Birbaşa postsovet məkanında qeyd olunan düşmən hərəkətlər Ukraynadakı münaqişənin məqsədyönlü eskalasiyası ilə ifadə olunur və bu, NATO ölkələrinin hərbi kontingentlərinin birbaşa iştirakına və döyüş əməliyyatları zonasının Moldovaya və Belarusa genişlənməsinə gətirib çıxara bilər",- deyə FSB rəhbəri bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr