AZ

COP29-a şantaj: Erməni lobbisinin "qüdrəti pulu" və 60 ABŞ konqresmeninin Bakıya hücumu  

Bakıda yaxın günlərdə baş tutacaq COP29 tədbirinə kölgə salmaq istəyənlər yenidən fəallaşıb.


Adalet.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edib. Beləki, ABŞ Konqresinin 60 üzvü Azərbaycanın məsuliyyət daşımasını, COP 29- a qədər erməni məhbusların azad edilməsini tələb edib.

Erməni mediasının bu haqda məlumatında deyuilir ki, ABŞ Konqresinin hər iki palatasının 60-a yaxın üzvü Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin məktubuna qoşularaq, ABŞ hakimiyyətini Azərbaycanı hərbi cinayətlərə, qanunsuz girov götürməyə və və COP29-dan əvvəl Ermənistanın suveren ərazisinin işğalına görə məsuliyyətə cəlb etməyə çağırıb.
Məktubu şərh edən “Hay Dat” terror təşkilatının Vaşinqton ofisinin icraçı direktoru Aram Hambaryan sərsəmləmələrində qeyd edib ki, Qarabağın soyqırım və etnik təmizlənməsinə görə, Azərbaycan məsuliyyət daşımalıdır.

ABŞ senatorları və nümayəndələri dövlət katibi Entoni Blinkenə ünvanlanmış məktubda xüsusi olaraq bildiriblər ki, “COP29 yaxınlaşdıqca biz Dövlət Departamentindən Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə regional sülhün təşviqi, insan hüquqlarının qorunması, beynəlxalq qanunlara və normalara riayət olunması üçün konkret tədbirlər görməyə təzyiq etməyi tələb edirik”.


Erməni mediası sevinclə  bildirir ki, ABŞ qanunvericiləri həmçinin Dövlət Departamentini COP29-dan əvvəl əlverişli diplomatik mühit yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırır:"Azərbaycanın 2020-ci ildə Dağlıq Qarabağa ölümcül hücumu, Laçın dəhlizinin 10 aylıq blokadası və 2023-cü il Sentyabrda Dağlıq Qarabağdakı etnik ermənilərin deportasiyası beynəlxalq hüququ açıq şəkildə pozur və insan iztirablarını davam etdirir. Qarabağı tərk etmiş mülki şəxslərin təhlükəsiz geri qayıtmaq hüququ olmalıdır”.

 

Bir sözlə, əvvəllərdə erməni lobbisinin rüvət və haram pullarına aldanaraq Azərbaycanın haqq səsinə mane olmaq istəyən ABŞ konqresmenləri COP29başlanma tarixi yaxınlaşdıqca daha aqressiv mövqe sərgiləyirlər.
Bu əlbəttəki yeni hal deyil.

Əntiqə Rəşid

Seçilən
7
adalet.az

1Mənbələr