AZ

Kim Çen In xüsusi təyinatlıların təlim bazasına baş çəkib

Şimali Koreya lideri Kim Çen In ölkənin qərbindəki xüsusi təyinatlıların təlim bazasına şəxsən baş çəkib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi ( KCNA ) məlumat yayıb.

“Təlim bazasında Kim Çen In xüsusi əməliyyat qüvvələrinin komandirləri tərəfindən qarşılanıb. Təlim bazasında xüsusi təyinatlı bir neçə briqadanın əsgərləri Döyüş Siyasi Hazırlığı Məcəlləsinə uyğun olaraq intensiv təlim keçirlər”, - deyə agentliyin açıqlamasında bildirilir.

Onların sözlərinə görə, həmin gün bazada geniş təlimlər keçirilib.

Seçilən
7
aznews.az

1Mənbələr