AZ

Aeroport yolunda "Jiquli"kişini vurub öldürdü

Gəncədə avtomobil kişini vurub.

Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə hava limanı yolunda baş verib.

43 yaşlı Babayev Ruslan Ramiz oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yol kənarında olan piyada 66 yaşlı Qarayev Cəmşid Mədət oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
4
2
avtosfer.az

3Mənbələr